Fevralın 3-də İtaliya A Seriyasının XXII turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması Romada baş tutub. “Olimpiko” stadionunda “Roma” cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən “Milan”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı yeni transfer Piatekin qolu ilə qonaqlar açsalar da, ikinci hissənin əvvəlində “Canavarlar” Zaniolonun sayəsində status-kvonu bərpa ediblər – 1:1.Milan şəhərinin digər təmsilçisi “İnter” doğma azarkeşlər önündə gözlənilmədən “Bolonya”ya məğlub olub -0:1.Turnir cədvəlin lideri “Yuventus” öz meydanında “Parma”nın öhdəsindən gələ bilməyib. Olduqca dramatik keçən görüşdə qalib müəyyənləşməyib – 3:3. Bu matçda Kriştiano Ronaldo dubl edib.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Empoli”-“Kyevo” – 2:2
“Napoli”-“Sampdoriya” – 3:0
SPAL- “Torino” – 0:0
“Cenoa”-“Sassuolo” – 1:1
“Udineze”-“Fiorentina” – 1:1.
Qeyd edək ki, tura bu keçiriləcək “Frosinone”-“Latsio” və “Kalyari”-“Atalanta” oyunları ilə yekun vurulacaq.İyirmi iki turdan sonra turnir cədvəlinə 60 xalla “Yuventus” başçılıq edir, “Napoli” 51 xalla ikinci, “İnter” isə 40 xalla üçüncü yerdə qərarlaşıb. Aktivində 34 xal olan “Milan” dördüncüdür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…