Aprelin 3-də futbol üzrə İtaliya A Seriyasının XXX turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Karlo Kastelani” stadionunda qeydə alınıb. Çempionatın iddialı klublarından sayılan “Napoli” səfərdə autsayder “Empoli”yə məğlub olub – 1:2. “Empoli”nin heyətində Dieqo Farias və Di Lorenzo fərqləniblər. Neapolluların yeganə qoluna isə Zielinski imza atıb.Bu qələbə sayəsində “Empoli” xallarının sayını 28-ə çatdıraraq 17-ci pilləyə yüksəlib. “Napoli” isə 63 xalla ikinci yerdə qərarlaşıb.Turnir cədvəlinin üçüncü pilləsindəki “İnter” səfərdə “Cenoa”nı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Roma” – “Fiorentina” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Frosinone” – “Parma” – 2:2
SPAL – “Latsio” – 1:0
“Torino” – “Sampdoriya” – 2:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…