İtaliya A Seriyasının XXXVII tur matçında “İnter” “Yuventus”un qonağı olub

15 May 2021 14:11

Xəbər 281 dəfə oxunub

Mayın 15-də futbol üzrə İtaliya A Seriyasının XXXVII tur matçında çempion “İnter” “Yuventus”un qonağı olub.Azərtac xəbər verir ki, Turindəki “Alyants Stadium”da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2. Baş hakim Canpaolo Kalvareze ümumilikdə üç dəfə penalti nöqtəsini, 2 dəfə isə qırmızı vərəqə göstərib.Hesabı 24-cü dəqiqədə Kriştiano Ronaldo açıb. “Yuventus”un hücumçusunun yerinə yetirdiyi penaltini “İnter”in qapıçısı Samir Handanoviç qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu, portuqaliyalı forvardın karyerasında 777-ci qolu olub.Oyunun 35-ci dəqiqəsində Romelu Lukaku penalti ilə bərabərlik qolunu vurub. Lakin 45+4-cü dəqiqədə Xuan Kuadrado meydan sahiblərini yenidən hesabda irəli çıxarıb.Matçın 56-cı dəqiqəsində Rodriqo Bentankur ikinci sarı vərəqəni alaraq, “Yuventus”u azlıqda qoyub. Qarşılaşmanın 84-cü dəqiqəsində Corco Kyellini topu öz qapısına göndərib. Bununla belə, Kuadrado 88-ci dəqiqədə qələbə topunu vurmağa müvəffəq olub. Oyunun 90-cı dəqiqəsində isə Martselo Brozoviç qırmızı vərəqə alaraq, “İnter”i oyunu 10 futbolçu ilə bitirməyə məcbur edib.Bu qələbədən sonra “Yuventus” 75 xalla UEFA Çempionlar Liqasına vəsiqə verən 4-cü pilləyə ən azı bir günlük yüksəlib. “İnter” isə 88 xalla 1-ci pillədədir və çempionluğu daha erkən təmin edib.Bu nəticə həm də 67 xalla 6-cı pillədə gedən “Latsio”nun UEFAÇempionlar Liqasına yüksəlmə şanslarının üstündən xətt çəkib. “Latsio” bu gün “Roma” ilə səfər oyununda ən yaxşı halda 5-ci yer uğrunda mübarizə aparacaq. Bu pillənin hazırkı sahibi, 73 xala malik “Napoli” isə mayın 16-da “Fiorentina” ilə səfər matçında qalib gələrək, yenidən “Yuventus”u keçməyə çalışacaq. “Yuventus”la eyni xala malik “Milan” isə şəxsi oyunlarda daha üstün olduğundan üçüncü pillədə qərarlaşıb. Milanlılar sabah öz meydanında “Kalyar”nı qəbul edəcək. “Rossoneri”lər bu oyunda qalib gələrsə UEFA Çempionlar Liqasına vəsiqəsini sona bir tur qalmış təmin edir.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02