İtaliya çempionatında 16-cı tura start verilib

10 Dekabr 2017 21:46

Xəbər 1040 dəfə oxunub

Futbol üzrə İtaliya çempionatında 16-cı tura start verilib.Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Kalyari” “Sampdoriya”nı qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.Bu matçdan sonra isə bütün diqqətlər Turinə yönəlib. Bu şəhərdə İtaliyanın iki nəhəng klubu – son ölkə çempionu “Yuventus”la lider “İnter” münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə ümumiyyətlə nə qol, nə də qalib olub.
İtaliya A Seriyası
16-cı tur
9 dekabr
Kalyari – Sampdoriya 2:2
Qol: Farias, 56. Pavoletti, 60 – Kvalyarella, 12; 19.
Yuventus – İnter 0:0
10 dekabr
15:30 Kyevo – Roma
18:00 SPAL – Verona
18:00 Napoli – Fiorentina
18:00 Udineze – Benevento
21:00 Sassuolo – Krotone
23:45 Milan – Bolonya
11 dekabr
22:00 Cenoa – Atalanta
00:00 Latsio – Torino.xeber100.com