İtaliya çempionatının XVIII turunun növbəti oyununda

4 Aprel 2018 13:32

Xəbər 597 dəfə oxunub

Aprelin 4-də futbol üzrə İtaliya çempionatının XVIII turunun təxirə salınmış növbəti oyununda “Milan” və “İnter” komandaları qarşılaşacaqlar.Azərtac xəbər verir ki, daim gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 172-ci dəfə baş tutacaq. Bu matçların 64-də “İnter”, 53-də isə “Milan” qalib gəlib. Bundan başqa, 54 görüş heç-heçə nəticələnib.“Della Madonnina” adlanan Milan derbilərinin sonuncusunda “İnter” klubu qalib gəlmişdi – 3:2.Bu oyun üçün satışa çıxarılan 82 min 995 nəfərlik biletin hamısı artıq satılıb. “Rossonieri”lərin bilet satışından qazandığı məbləğ 4,3 milyon avro təşkil edib ki, bu da İtaliya futbolu üçün rekord göstəricidir. Bundan əvvəlki rekord “İnter”ə məxsus idi. Klub 2017-ci ilin aprelində keçirilmiş Milan derbisi üçün bilet satışından 4 milyon 204 min avro məbləğində gəlir əldə etmişdi. Həmin matç 2:2 hesabı ilə başa çatmışdı.xeber100.com