Bakıda “İtaliya Dizayn Günü” keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari Bakıda keçiriləcək “İtaliya Dizayn Günü”nün təqdimatı ilə bağlı mətbuat konfransında deyib.O bildirib ki, İtaliya dizayn mədəniyyətinin yaradılması orta əsrlər intibah dövrünün emalatxanalarından başlayaraq yüksək estetik məzmunlu yenilikçi məhsullar yaratmaq üçün müxtəlif bacarıqları özündə birləşdirib. Sənaye dizaynı sahəsində aparılan araşdırmalar İtaliya iqtisadi inkişafının məhsulunun xarakterik elementinə çevrilib. Bu tip dizayn İtaliya mədəniyyətinin ruhuna aiddir və bu dünyada “Made in Italy” brendi kimi tanınır.Tədbirin martın 1-də keçiriləcəyini deyən səfir qeyd edib ki, İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın qurulmasını nəzərdə tutan “İtaliya Dizayn Günü” Bakı ilə yanaşı dünyanın 100 ölkəsində qeyd olunacaq. Keçirilən tədbirin mövzusu “Dizayn və davamlılıq arasındakı əlaqə”dir.Səfirin sözlərinə görə, bu mövzu Bakıda Ekspo 2025-i keçirmək üçün namizədliyini irəli sürmüş Azərbaycan tərəfindən seçilmiş mövzu ilə uzlaşır. İtaliya memarlığı və dizaynı üzərində fokuslanan tədbir Bakı Media Mərkəzi və Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Tədbirlərdə dövlət və hökumət qurumlarının nümayəndələri, İtaliya və Azərbaycan memarları və dizaynerləri, Memarlıq və İnşaat Universitetinin tələbə və professor heyəti, yerli və xarici memar və dizaynerlər, İtaliya və Azərbaycan brendlərinin nümayəndələri, tikinti şirkətlərinin təmsilçiləri iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…