Futbol üzrə İtaliya çempionatının “A” seriyasında artıq növbəti mövsümdə videotəkrar sistemi tətbiq ediləcək.İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Karlo Tavekkio bildirib ki, arbitrlərə videoyardım sistemindən istifadə etmək üçün hər bir stadion əlavə videokameralarla təchiz edilməlidir. İFF Beynəlxalq Futbol Federasiyasının (FIFA) da icazəsini almalıdır.TASS agentliyi K.Tavekkionun aşağıdakı sözlərini sitat gətirib: “Biz bütün stadionlara yeni videotəkrarlar sistemini tətbiq etdiyimiz üçün klublardan bir balaca anlayış gözləyirik. Bundan ötrü baş hakimin assistentlərinə ayrıca otaq və azı 8 televiziya kamerası lazım gələcək. “A” seriyası bu məqsəd üçün tələb olunan 2 milyon avro məbləğində xərcləri təmin edəcək. FIFA hələlik tam icazə verməyib, amma bütün işarələr aydın şəkildə göstərir ki, biz gələn mövsümün əvvəlindən başlayaraq videotəkrarlardan istifadə edəcəyik”.Videotəkrarlar sistemi beynəlxalq yoldaşlıq görüşlərində və bir neçə turnirdə, məsələn, dünya klub çempionatında və gənclərdən ibarət komandalar arasında dünya çempionatında sınaqdan keçirilib. İFF daha əvvəl bu sistemi İtaliya birinciliyinin ikinci divizionuna tətbiq edib.Arbitrlərə videoyardım sistemi 2017-ci və 2018-ci illərdə Rusiyada keçiriləcək Konfederasiyalar Kuboku turnirində və dünya çempionatında da işləyəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…