İtaliya Futbol Federasiyasının məlumatına görə…

20 Sentyabr 2016 10:39

Xəbər 888 dəfə oxunub

İtaliya A seriyasında iştirak edəcək futbol klublarının sayı azaldıla bilər. Azərtac xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib. O deyib ki, yüksək liqada oynayan klubların sayı 20-dən 18-ə endirilə bilər: “Bu, baş verəcəyi təqdirdə, çempionatın səviyyəsi artacaq. Yaxın günlərdə bununla bağlı müzakirələrimiz olacaq. Bu dəyişikliyi qarşıdakı 4-5 il ərzində həyata keçirmək lazımdır”.xeber100.com