İtaliya hökuməti Avropa Komissiyası ilə razılığa gəlib

16 İyul 2021 10:57

Xəbər 152 dəfə oxunub

İtaliya hökuməti illərdən bəri dövlət subsidiyaları hesabına ayaqda dura bilən “Alitalia” aviaşirkətinin yerini tutacaq yeni aviaşirkətlə bağlı Avropa Komissiyası ilə razılığa gəlib.Azərtac xəbər verir ki, “Italia Trasporto Aereo“ (ITA) adlanan yeni şirkət oktyabrın 15-də fəaliyyətə tam hazır vəziyyətdə olacaq və ilk uçuşlar da həmin ərəfədə baş tutacaq. Qeyd edilib ki, Avropa Komissiyası ilə əldə edilən əməli və balanslaşdırılmış razılaşma yeni şirkətin nizamnamə kapitalının artırılmasına da imkan verəcək.İtaliya mətbuatının məlumatına əsasən, rəsmi Brüssel və Roma arasında gedən danışıqlarda əsas mövzu yeni aviaşirkətin “Alitalia”dan tamamilə müstəqil olması olub. Əks halda “ITA” “Alitalia”nın indiyədək dövlətdən aldığı maliyyə vəsaitlərinə görə üzərinə öhdəlik götürməli olacaqdı. Bu da yeni yaranan şirkətin ilk gündən ağır maliyyə yükü altına girməsi demək olardı.İtaliyanın nəqliyyat naziri Enriko Cionannini bildirib ki, “ITA” ilə həm milli, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətinə və yüksək inkişaf perspektivinə malik yeni mühüm İtaliya aviaşirkəti yaranıb.xeber100.com