İtaliya hökuməti Formula 1-in İmola və Monza yarışları üçün xüsusi büdcə ayıracaq.Azərtac xəbər verir ki, İtaliya parlamentinin yuxarı palatası ölkənin 2022-ci il büdcəsi ilə bağlı qanunu təsdiqləyib və qanunda Formula 1 ilə bağlı maddələr də öz əksini tapıb. Belə ki, İmola və Monzada keçiriləcək iki Qran-Prinin maliyyələşdirilməsi üçün İtaliya Avtomobil Klubuna (ACI) 2025-ci ilə qədər illik 10 milyon avro ayrılacaq. 2022-ci ildə Monzadakı yarışa əlavə 5 milyon avro, 2023-cü ildə başa çatdırılması planlaşdırılan genişmiqyaslı yenidənqurma üçün isə daha 15 milyon avro ayrılacaq.Beləliklə, həm İmola, həm də Monza qarşıdakı illərdə Formula 1 təqvimində qalacaq.Qeyd edək ki, Monza ilk gündən Formula 1-ə ev sahibliyi edir. Lakin vaxtaşırı maliyyə problemləri yaransa da, bu yarış heç vaxt siyahıdan çıxarılmayıb. Keçən il pandemiya sayəsində İmola da təqvimə qayıdıb. Bu iki tras gələn il ardıcıl üçüncü dəfə F1-ə ev sahibliyi edəcək.2022-ci ildə, həmçinin Monza trasının 100 illiyi qeyd olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…