İtaliya-İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib

12 İyul 2021 14:03

Xəbər 398 dəfə oxunub

Futbol üzrə “Avro-2020”nin final görüşü çərçivəsində keçirilən İtaliya-İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Roberto Bonuççu bu görüşün ən yaxşısı seçilib.Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Yuventus”un formasını geyinən futbolçu bu matçda komandasının bərabərlik qolunu vurub.Qeyd edək ki, “Avro-2020”nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib – 3:2.xeber100.com