İtaliya Kubokunda ilk finalçı müəyyənləşib

25 Aprel 2019 12:43

Xəbər 678 dəfə oxunub

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.Azərtac xəbər verir ki, bu, “Latsio” komandasıdır. Paytaxt təmsilçisi yarımfinalda “Milan”ı üstələyib. İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən “Latsio” “San Siro”dakı cavab qarşılaşmasında qələbəyə nail olub – 1:0. Yeganə qolu 58-ci dəqiqədə Xoakin Korrea vurub.Daha bir finalçı “Atalanta” – “Fiorentina” cütünün qalibi olacaq. Bu komandalar arasında Florensiyadakı ilk qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb – 3:3.Cavab oyunu bu gün saat 22:45-də başlayacaq.xeber100.com