İtaliya kubokunun ilk yarımfinal mərhələsinin cavab oyunu keçirilib

20 Aprel 2022 12:55

Xəbər 390 dəfə oxunub

Aprelin 19-da futbol üzrə İtaliya kubokunun ilk yarımfinal mərhələsinin cavab oyunu keçirilib.”İnter” klubu öz meydanında “Milan” komandasına qalib gəlib – 3:0. Qolları Lautaro Martines 4-cü və 40-cı, Robin Qonsens 82-ci dəqiqədə vurub. İlk matç qolsuz yekunlaşmışdı.Qeyd edək ki, finalda “İnter” klubu “Fiorentina” – “Yuventus” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşü turinlilərin səfər qələbəsi ilə başa çatıb – 1:0.xeber100.com