İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib

12 Yanvar 2023 12:43

Xəbər 240 dəfə oxunub

Bu gün futbol üzrə İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib. “Milan” öz meydanında “Torino” ilə qarşılaşıb. Matçın ilk hissəsində hesab açılmayıb. Oyunun 70-ci dəqiqəsində “Torino”nun futbolçusu Cici qırmızı vərəqə alaraq meydandan qovulub. Lakin “Rossonyerlər” say üstünlüyündən yararlana bilməyiblər. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtın ikinci hissəsində – 114-cü dəqiqədə “Torino”nun futbolçusu Adopo hesabı açıb. Oyunda başqa qol olmayıb və beləliklə, “Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb.xeber100.com