İtaliyanın “polimerica.it” xəbər saytında “Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer”in ildə 184 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək zavodu istismara verilib” sərlövhəli məqalə dərc edilib.Azərtac xəbər verir ki, məqalədə sənaye kompleksinin fəaliyyətə başlaması, daxili bazarın tələbatının tam təmin olunması və məhsulun 75 faizi xarici bazarlara ixrac ediləcəyindən danışılır.Yazıda kompleksin istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 15 faiz, ümumi daxili məhsulun həcmi isə 14 faiz artacağı bildirilir. Qeyd edilir ki, zavodların istismar dövründə 6,6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.Diqqətə çatdırılır ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında 2013-cü ildə yaradılmış ilk şirkətdir.Qeyd edilir ki, şirkətin səhmlərinin 52 faizi dövlət neft şirkətinə məxsusdur. Digər səhmdarlar isə “Vitol” (19 faiz), “Paşa Holding” (9,9 faiz), “Ecoland” (9,8 faiz), “Polimer Investments” (5 faiz) və “AKKIK” (4,1 faiz) şirkətləridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…