İtaliya millisinin cüdo üzrə heyəti açıqlanıb

13 Sentyabr 2018 12:36

Xəbər 808 dəfə oxunub

İtaliya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Bakı mundialında 9 italiyalı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Andrea Karlino (60 kq), Matteo Medves (66 kq), Fabio Basile (73 kq), Antonio Esposito (81 kq) və Nikolas Munqaiyə (90 kq) şans verəcək.Qadınların mübarizəsində isə Franseska Milani (48 kq), Odetta Giuffrida (52 kq), Edviqe Qvend (63 kq) və Karola Paissoni (70 kq) birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.xeber100.com