İtaliya millisinin hücumçusu “Barselona”ya keçə bilər

8 Sentyabr 2018 21:13

Xəbər 781 dəfə oxunub

İtaliya millisi və “Sassuolo”nun hücumçusu Domeniko Berardi gələn yay “Barselona”ya keçə bilər.Milli.az xəbər verir ki, 24 yaşlı futbolçu ispan klubunun maraq dairəsinə düşüb. Luis Suaresin yaşının artdığını nəzərə alan Kataloniya təmsilçisi gələcəkdə uruqvaylı ulduzu məhz italiyalı forvardla əvəzləməyi düşünür.Qeyd edək ki, “Sassuolo”nun heyətində indiyə qədər 196 oyun keçirən Berardi 68 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com