İtaliyada karantin öhdəliyinin müddəti uzadılıb

6 Aprel 2021 10:20

Xəbər 502 dəfə oxunub

İtaliya Pasxa bayramı müddəti üçün nəzərdə tutulan ölkəyə giriş məhdudiyyətlərinin vaxtını aprel ayının sonunadək uzadıb.Azərtac xəbər verir ki, Avropa İttifaqı ölkələrindən İtaliyaya səfər edən şəxslər təkcə müvafiq PCR testi təqdim etməli deyil, eyni zamanda beş gün müddətində özünütəcrid rejimində olmalıdırlar. Həmin müddətin sonunda yenidən testdən keçmək lazımdır və yalnız bundan sonra hərəkət sərbəstliyinə icazə veriləcək. Aprelin 7-dən etibarən İsrail, Böyük Britaniya və Avstriyadan səfər edənlər üçün də bu qaydalar keçərli olacaq. Epidemioloji vəziyyəti nəzərə alaraq, İtaliya səhiyyə qurumları həmin üç ölkədən İtaliyaya səfərə yalnız istisna hallarda və 14 günlük özünütəcrid rejimi ilə icazə verirdilər.Qeyd edək ki, Pasxa bayramı dövrü üçün tətbiq edilən karantin öhdəliyi ilə İtaliya hökuməti italyanların xaricə səfərlərinin qarşısını mümkün qədər almağa çalışırdı. Aprelin 6-dək sərt karantin rejimində olan İtaliyada sakinlərə öz yaşadıqları məntəqəni tərk etməyə icazə verilmir. Lakin koronavirusla bağlı müvafiq testdən keçən şəxslər “koronasız aviareyslər“lə xaricə uça bilərlər.İtaliya Otelçilər Birliyi bu qərara qarşı sərt etiraz edib. “Baxmayaraq ki mənim öz yaşadığım məntəqəni tərk etməyimə icazə yoxdur, amma Kanar adalarına tətilə uçmağım mümkündür. İtaliyada 85 faiz otellərin qapalı olduğu hazırkı vəziyyətdə əhaliyə qarşı belə bir qaydanın tətbiqi absurddur”, – deyə təşkilatın prezidenti Bernabo Bokka “Corriere della Sera“ qəzetinə verdiyi müsahibədə hökumətin qərarını tənqid edib.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42