İtaliyanın Rimini şəhərində Flavio Perottinin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda “Kapilan Pallo” ilə qarşılaşıb. Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək “A” qrupundakı ilk iki oyununda “Milan” (0:3) və “Spal 2013” (0:0) ilə görüşən Ülfət Mədətovun baş məşqçisi olduğu komanda mərhələni 4-cü pillədə başa vurub.Növbəti mərhələdə “Qəbələ” daha iki oyun keçirib. Komandamız İtaliya təmsilçiləri “Forli” və “Prato” ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu qarşılaşmalarda komandamızın qollarını müvafiq olaraq, İbrahim Ramazanov və Fərid Kələntərəov vurublar.Turnirin final oyununda isə “Milan” və “Real” qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…