İtaliyada şahmat festivalı start götürüb

3 Yanvar 2022 18:54

Xəbər 591 dəfə oxunub

İtaliyada şahmat festivalı start götürüb.Yarışın ən güclü A turnirində Azərbaycanın iki şahmatçısı – Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparırlar. Təmsilçilərimiz yarışa qələbə ilə başlayıblar. Belə ki, hər iki şahmatçımız birinci turda qalib olaraq aktivlərinə 1 xal yazdırıblar. A turnirində 30-u qrossmeyster olmaqla 124 şahmatçı mübarizə aparır.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.xeber100.com