İşğaldan azad edilmiş ərazilərdə elektroenergetika sahəsində İtaliyanın “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) Azərtac-a bildirilib ki, energetika nazirinin müavini Elnur Soltanov, agentliyin idarə heyətinin sədri Samir Axundov və energetika nazirinin müşaviri Cavid Abdullayev AERA-nın baş ofisində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Cuzeppe Marino, İtaliyanın Azərbaycandakı səfiri Avqusto Massarinin daxil olduğu nümayəndə heyəti ilə görüşüblər.Görüş zamanı “Ansaldo Energia” şirkətinin ölkəmizlə, xüsusilə də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.Qeyd edək ki, enerji istehsalı sahəsində İtaliyanın və dünyanın aparıcı şirkətlərindən biri olan “Ansaldo Energia” elektrik stansiyalarının inşası, elektroenergetika avadanlığının (qaz və buxar turbinləri, generatorlar və mikro turbinlər) istehsalı ilə yanaşı, bu sahədə xidmətlər də təklif edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…