İtaliyanın “Atalanta” futbol klubu ilə bağlı araşdırma başlayıb

1 Mart 2018 10:54

Xəbər 1459 dəfə oxunub

UEFA İtaliyanın “Atalanta” futbol klubu ilə bağlı araşdırmaya başlayıb.Azərtac xəbər verir ki, buna Avropa Liqası yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində “Borussiya” ilə oyunda Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayinin italiyalı azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub.Bundan başqa, “Atalanta” komandasının fanatları oyun ərzində meymun səsləri çıxarıblar.Klubun UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.xeber100.com