Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi növbəti – IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə start verib. Azərtac xəbər verir ki, əsərlərin qəbulu avqustun 15-dək davam edəcək. Müsabiqəyə buraxılacaq əsərlərin elan olunması sentyabrın 30-u, beynəlxalq dəyərləndirmə oktyabr-noyabr aylarında, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Almatı şəhərində keçiriləcək. Ölkələr üzrə münsiflər heyəti ədəbiyyat jurnalları və yazıçılar birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq. Ayrı-ayrı ölkələrdə birinci yerə 3000, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq, 15.000, 10.000, 7500 və həvəsləndirici kimi 2500 Türkiyə lirәsi veriləcək. Müsabiqəyə təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir. Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər: Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”, telefon: (012)510-28-83, (012)538-10-53; 050 263 72 13. E-mail: [email protected] Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır. Təxəllüsdən başqa yazıçının şəxsiyyətini göstərən ad, soyad və ya hər hansı bir işarənin olması o hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq. İştirakçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə yerləşdirməlidir. Kompyuterdə 12 şrift ilə yazılacaq hekayələr 6 nüsxə olaraq göndərilməlidir. Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək və mətn sahibinin bu mövzuda etirazı qəbul edilməyəcək. Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…