Noyabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb. Azərtac xəbər verir ki, iclasda IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, ISSF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər. İki gün davam edəcək iclasın birinci günündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə olunur. İclasın ikinci günündə isə idmançıların iştirakı, yarışlar, marketinq, yayım, kommersiya, açılış və bağlanış mərasimlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Əlaqələndirmə Komissiyasının üçüncü iclası IV İslam Həmrəylik Oyunlarının başlanmasına bir il qalmış – mayın 12-də Bakıda təşkil olunmuşdu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…