IV İslam Həmrəylik Oyunlarının qeydiyyat mərhələsi başa çatır

8 Dekabr 2016 12:25

Xəbər 927 dəfə oxunub

Gələn il mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramı üçün qeydiyyat mərhələsi dekabrın 11-də başa çatacaq.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, hazırda bu proqram üçün qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzində müsahibə mərhələsinə dəvət olunurlar. Bu günədək qeydiyyatdan keçmiş 11 min könüllünün 3 mini artıq müsahibədə iştirak edib.Gələn ilin fevralınadək davam edəcək müsahibə mərhələsinin sonunda 8 min könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarına cəlb ediləcək.Proqrama qatılan bütün könüllülər IV İslam Həmrəylik Oyunlarında mühüm təcrübə əldə edərək beynəlxalq arenada Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.xeber100.com