Mayın 13-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları start götürüb.Azərtac xəbər verir ki, mayın 17-dək davam edəcək yarışların ilk günündə kişilər və qadınlar arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş, o cümlədən kişilərin və qadınların səngər stendi, 25 metrdən tapança ilə atəşaçma yarışları keçirilir.Kişilər arasında 25 metrdən tapançadan mərkəzə atış yarışının təsnifat mərhələsində Azərbaycanı Ruslan Lunev təmsil edir.Azərbaycan idmançılarından Şəfəq Əmrahova və Aydan Camalova isə qadınlar arasında səngər stendi yarışının təsnifat mərhələsində mübarizə aparırlar.Kişilər arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş açmaq yarışının təsnifat mərhələsində Azərbaycanı Əli Məcidli təmsil edir.Xatırladaq ki, atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Zemfira Meftahətdinova qızıl medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…