İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən martın 2-də IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.Azərtac xəbər verir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend şöbəsi tərəfindən hazırlanmış formaların dizaynı peşəkar dizaynerlər komandası tərəfindən təqdim olunub. Fərqli görünüşlərə malik formalar işçi heyəti və podratçılar daxil olmaqla müxtəlif işçi qruplar üçün nəzərdə tutulub. Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.Brendin əsas naxış elementi olan xalça simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.İslamı özündə təcəssüm etdirən, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl rəng əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb.Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…