Koordinasiya Komissiyasının V iclası keçirilib

7 Aprel 2017 11:54

Xəbər 798 dəfə oxunub

Aprelin 7-də “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilib.Azərtac xəbər verir ki, bu tədbirin Oyunların açılışına hazırlıq üçün son işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru A.Rəhimov Oyunların açılış mərasiminə 36 gün qaldığını bildirib: “Sevindirici haldır ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcəklər. Şübhə yoxdur ki, mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək. Əldə etdiyimiz inkişafdan çox məmnunuq. Biletlər plana uyğun şəkildə satılır. Biletlərin satışı gözləntilərimizə uyğun davam edir. Mən könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti yüksək qiymətləndirirəm. Son ay ərzində könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir”.xeber100.com