Polşanın Katoviç şəhərində Bədii gimnastika üzrə IX Beynəlxalq “Qızıl gürz-2018’” kuboku uğrunda yarış keçirilib.Qeyd edək ki, Polşa, Macarıstan, Ukrayna, Çexiya və Belarusun müxtəlif şəhərlərindən 18 klubun mübarizə apardığı turnirdə ölkəmizi səkkiz yaşlı həmyerlimiz Mina Abbasova təmsil edib.O, çoxnövçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb. Həmyerlimiz alətsiz hərəkətlərdə birinci, halqa ilə hərəkətlərdə isə ikinci pillədə qərarlaşıb. Beləliklə, Mina Abbasova bu gərgin mübarizədə üç medal (iki qızıl və bir gümüş) qazanmağa müvəffəq olub.Qeyd edək ki, Mina Abbasova 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımızın məşqçiləri hələ ötən yarışlardan onun arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq doğma vətənini təmsil etməsinə icazə veriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…