Azərbaycan Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişikliklər edib.
LiderXeber.az xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imlazalayıb.
Dəyişiklik ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların artırılması ilə bağlıdır.
Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu”nun Jurnalistika bölməsinə Media və kommunikasiya sistemləri və Televiziya və radio yayımları menecmenti ixtisasları əlavə edilib.
“Mədəniyyət və incəsənət ixtisasları qrupu”nun Xoreoqrafiya sənəti bölməsinə isə Rəqs sənəti üzrə müəllim-tədqiqatçı ixtisası artırılıb.
Bundan başqa, “Texniki və texnoloji ixtisaslar qrupu”nun Kosmik texnika və texnologiyalar mühəndisliyi bölməsinə Kosmik infokommunikasiya texnologiyaları və Kosmik aparatlar və idarəetmə sistemləri ixtisasları əlavə olunub.
“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” qərarda da dəyişikliklər edilib. Qərara əsasən, “110. 050632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub, əvəzində İnformasiya Texnologiyaları, Sistem mühəndisliyi ixtisasları əlavə edilib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…