Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycan taekvandoçularının rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, universiadanın taekvando yarışlarında avqustun 23-də kişi komandamızın üzvlərindən Əli Məmmədovun (58 kq) rəqibi San Marino təmsilçisi Luca Giottı, Milad Beigi Hərçəqaninin (80 kq) rəqibi isə rusiyalı idmançı Boqdan Greçkindir.Qadınların mübarizəsində isə dayanq üzərinə çıxacaq Safiyə Polatın rəqibi (49 kq) böyük britaniyalı Kourtney Eardley, Fəridə Əzizovanın rəqibi isə (67 kq) iordaniyalı Yulyana Al Sadeqdir.Xatırladaq ki, ötən gün döşək üzərinə çıxan Ayxan Tağızadə yalnız finalda rəqibinə məğlub olaraq yarışda gümüş medalla kifayətlənib. Yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ikinci rəqibinə uduzaraq mübarizəni dayandırıb.Qeyd edək ki, Azərbaycanın 12 idmançı ilə təmsil edildiyi Universiadanın taekvando yarışlarına avqustun 26-da yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…