Azərbaycanda iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27°, gündüz 40-43° isti, Bakıda gecə 25-27°, gündüz 40-42° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi normadan aşağı – 757 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 28-29°, cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıxda 29-30° isti olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.Xəbərdarlığa görə, iyulun 3-4-də Bakıda və Abşeron yarımadasında anomal qızmar hava şəraitinin davam edəcəyi, maksimal hərarətin 40-43° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, iyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.Azərbaycanın rayonlarında iyulun 3-də hava şəraitinin günəşli olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 22-27°, gündüz 40-44°, bəzi yerlərdə 46°, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında (MR) hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 21-26°, gündüz 40-44°, bəzi yerlərdə 46° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21°, gündüz 28-33° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 21-26°, gündüz 38-42° isti olacağı ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 22-27°, gündüz 40-44°, bəzi yerlərdə 46° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 22-26°, gündüz 37-42° isti, dağlarda gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimal edilir.Xəbərdarlığa əsasən, iyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraitinin davam edəcəyi, Bakıda və Abşeron yarımadasında maksimal temperaturun 40-43°, Aran rayonlarında və Naxçıvan MR-də 40-44°, bəzi yerlərdə 46°, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42°, dağlıq rayonlarda isə 28-33° dərəcə isti olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…