İyunun 11-də “Dakar-2021” rallisinin təqdimatı olacaq

8 İyun 2020 14:49

Xəbər 687 dəfə oxunub

Səudiyyə Ərəbistanında təşkil olunacaq “Dakar-2021” rallisinin iyunun 11-də təqdimatı olacaq.Azərtac xəbər verir ki, onlayn formatda təşkil olunacaq təqdimatda yarışın marşrutu və yeniliklər barədə məlumat veriləcək.Yarışın rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq təqdimatında Səudiyyə Ərəbistanının idman naziri Abdulaziz bin Turki Əl Feysal Əl Saud, yarışın direktoru David Kaster, ölkənin avtomobil və motosiklet federasiyalarının nümayəndələri iştirak edəcəklər.xeber100.com