Cari il iyunun 18-də İranda prezident seçkiləri keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq seçkilərin təxirə salınması haqqındakı söz-söhbətlər həqiqətə uğun deyil.Azərtac xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Qərargahının rəhbəri Camal Əraf deyib. O bildirib ki, İranda 70 min seçki məntəqəsi fəaliyyət göstərir, onların da əksəriyyəti açıq havada təşkil olunub. Seçki zamanı sosial məsafənin gözlənilməsinə və tibbi maskadan istifadəyə ciddi nəzarət olunacaq.Onun sözlərinə görə, hökumət və Daxili İşlər Nazirliyi prezident seçkilərinin təxirə salınması barədə plana malik deyillər. İranda prezident seçkiləri nəzərdə tutulan vaxtda keçiriləcək. Hələlik isə namizədlərin irəli sürülməsi prosesi gedir.Qeyd edək ki, namizədlər arasında İranın sabiq müdafiə naziri Hüseyn Dehqan, Tehranın keçmiş meri Məhəmməd Əli Əfşani, İranın Demokratlar Partiyasının lideri Mustafa Kevakibian, mərhum prezident Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani, İranın parlament sədrinin birinci müavini əmir Hüseyn Qazizadə və digər tanınmış simaların adları var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…