İyunun 9-da Budapeştdə keçirilən dünya çempionatında

9 İyun 2021 14:34

Xəbər 449 dəfə oxunub

İyunun 9-da Budapeştdə keçirilən dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, bugünkü yarışlarda 81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev qabonlu Terense Kuamba, Murad Fətiyev yeni zelandiyalı Elliott Konnolli ilə üz-üzə gələcəklər.Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.xeber100.com