Türkiyədə 12 yaşadək futbolçular arasında təşkil olunan “İzmir Cup” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ” turnirin son günündə 4 oyun keçirib.“Qırmızı-qaralar” 17-24-cü yerlər uğrunda mübarizədə “B” qrupunda çıxış edib. Komandamız əvvəlcə Elmir Hüseynlinin qolu ilə “Şiltiqeym”ə qalib gəlib -1:0. Ardınca “Hamborn”la qarşılaşan Zaur Hacıyevin yetirmələri 2:1 hesablı qələbə əldə ediblər. Rəqib qapısına qolları Eşqin Əhmədov və Məhəmməd Fahlulov vurublar. Qrupdakı son matçında “Tuzlaspor”la qolsuz heç-heçə edən komandamız 1-ci yeri tutub. Bu, “qırmızı-qaralar”a 17-ci yer uğrunda matçda oynamaq imkanı verib. Son matçında “Krasnodar”la görüşən “Qəbələ” 2:1 hesablı qələbə qazanıb. Murad Ələkbərov və Elmir Hüseynlinin qolları komandamızı yekun sıralamada 17-ci olması üçün kifayət edib.Beləliklə, 3 gün ərzində 15 oyun keçirən “Qəbələ” İzmirdə 8 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə məğlub olub. 18 qol vuran komandamız 9 top buraxıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…