Oktyabrın 27-də Bakıda Yapon Məhsulları Sərgisinin (“Japan Food Expo-2017”) açılış mərasimi keçirilib.Sərginin media partnyoru olan Azərtac xəbər verir ki, sərginin açılış mərasimində iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ilə Yaponiya qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir. Belə ki, Yaponiya şirkətləri Azərbaycanda bir sıra infrastruktur layihələrində fəal iştirak edir.Azərbaycanda Yapon Məhsulları Sərgisinin İdeya müəllifi Kazuyasu İşida bildirib ki, Azərbaycan və Yaponiya bir çox dəyərlərə sahibdir. Bu dəyərlərin daha çox inkişafı üçün biz də bu sərgi ilə öz töhfəmizi verməyə çalışırıq.Qeyd edək ki, oktyabrın 27-28-ni əhatə edən “Japan Food Expo-2017” sərgisi Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunub. Sərgidə Yaponiyanın 60-dan çox şirkətinin məhsulları nümayiş etdirilir, tədbirə Yaponiyadan 200 nəfər gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…