Avqustun 17-də Kənd təsərrüfatı naziri H.Əsədovla “John Deere” şirkətinin MDB ölkələri üzrə direktoru Dirk Strattman və Azərbaycan üzrə nümayəndəsi Maximilian Pauge ilə görüşündə şirkət ilə nazirlik arasında əməkdaşlığa dair müzakirələr aparılıb.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görüşdə nazir H.Əsədov “John Deere” şirkəti ilə əməkdaşlığa böyük önəm verdiyini, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu nəzərə çatdirib. Nazir şirkət ilə əməkdaşlığı daha da genişləndirmək məqsədilə təhsil sahəsində işçi qrupunun yaradılmasını və onun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, “John Deere”nin və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib. Əsas məqsəd isə yeni texnika və texnologiyalarla tanış olmaq, bu sahədə maarifləndirmə işləri aparmaq, eyni zamanda, tədrisə tələbatın müəyyənləşdirilməsi, uzunmüddətli tədris planının hazırlanması və qısa müddətdə işçi qrupu təsdiq edildikdən sonra plana əsasən sentyabr ayında ilk toplantısının keçirilməsidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…