27 ildən sonra Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son qoyuldu.Azərtac xəbər verir ki, “Azərkosmos” ASC Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsvirini təqdim edib.Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur.İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunub. Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni barbarlığının ən son nümunəsidir.Bu gündən etibarən Kəlbəcər azaddır! Biz qalib gəldik!Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır!xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…