Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonunda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.Kənd Təsərrüfatı Nazirliyindən Azərtac-a bildiriblər ki, yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 19 –dan 30-dək mühafizə olunan anbara təhvil verməlidirlər.Sərgi-satış yarmarkasına hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədilə arıçılıq məhsullarının anbara qəbulu sentyabrın 18-20-də Lənkəran, sentyabrın 21-də Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, sentyabrın 22-23-də Gəncə-Qazax, sentyabrın 24-25-də Şəki-Zaqatala, sentyabrın 26-da Quba-Xaçmaz və Abşeron, sentyabrın 27-28-də Naxçıvan, sentyabrın 29-da Dağlıq Şirvan, sentyabrın 30-da isə Aran iqtisadi rayonları üzrə keçiriləcək.Eyni zamanda, oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatma mərasimi təşkil olunacaq. Maraqlananlar Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və 012-498-94-47 nömrəli telefonla əlaqə saxlaya bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…