İyunun 21-də “ADA” Universitetində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin növbəti ictimai müzakirəsi baş tutub. Bu dəfə strateji yol xəritəsi üzrə ictimai müzakirələr “Kənd təsərrüfatına strateji baxış: Rəqabətlilik, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusuna həsr edilib. Tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “ADA” Universiteti, Azərbaycan-Amerika Ticarət Palatası və KPMG birgə təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Azərtac-a bildirilib ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev tədbiri açaraq milli iqtisadiyyatın strateji yol xəritəsinin əhəmiyyətini vurğulayıb. Plenar sessiyada daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, KPMG-nin partnyoru Vüqar Əliyev və “ADA” Universitetinin Sahibkarlıq, Ticarət və İnnovasiya Mərkəzinin icraçı direktoru Tariyel Mirzəyev çıxış ediblər. “ADA” Universitetinin prorektoru Emin Hüseynovun moderatorluğu ilə müzakirələr davam etdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…