“Kəpəz”ə daha üç futbolçu qoşulub

18 İyul 2017 10:36

Xəbər 983 dəfə oxunub

Türkiyədə hazırlığını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub.Azərtac kluba istinadla xəbər verir ki, komandanın Ərzurumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor, malili Dialo Samba və braziliyalı Ferreyra Das Çaqas Dedimar iştirak edirlər.Dedimar müdafiəçi, Laki hücumçu və Samba isə yarımmüdafiəçi mövqeyində çıxış edir.“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verib.xeber100.com