“Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq

14 Yanvar 2023 13:38

Xəbər 523 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

Komanda Macarıstanın İkinci Liqa təmsilçisi “MTK Budapeşt” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Kəpəz” yanvarın 16-da Serbiyanın “Novi Pazar”, ayın 18-də isə Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşacaq.xeber100.com