“Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb

10 İyul 2017 11:55

Xəbər 878 dəfə oxunub

Yeni mövsümün hazırlığını Bakıda davam etdirən “Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb.Azərtac xəbər verir ki, “sarı-göylər” həvəskarlar liqasının təmsilçisi olan “Bakı” ilə qarşılaşıblar. Rəqib meydanında baş tutan görüş Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.“Kəpəz”dən qolları yeni transferlər İlyas Səfərzadə və Kamran Abdullazadə vurublar.Xatırladaq ki, gəncəlilər növbəti yoxlama oyununu iyulun 11-də “Neftçi”yə qarşı keçirəcəklər.xeber100.com