“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına start verib

8 Yanvar 2018 14:36

Xəbər 794 dəfə oxunub

“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına Bakıda start verib.Azərtac xəbər verir ki, tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların hazırlığa qatılmasına müsbət rəy verilib.Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Yanvarın 13-dək komanda məhz burada gündə iki dəfə məşq edəcək.Komanda qış hazırlığının ikinci hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.xeber100.com