“Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib

26 İyul 2023 13:03

Xəbər 374 dəfə oxunub

Yeni mövsümə hazırlaşan “Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib. Gəncə təmsilçisi “Səbail-2” ilə qarşılaşıb. Oyun “Kəpəz”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Kəpəz”in heyətində Junior Martins dubl edib. Digər qolları isə Abdulayi Şuaybu və Ehtiram Şahverdiyev vurublar.

Qeyd edək ki, “Kəpəz” bu yay yoxlama oyunlarında “Araz-Naxçıvan”la heç-heçə edib, “Zirə”yə və “Səbail”ə uduzub.xeber100.com