“Kəpəz” futbol klubu sonuncu yoxlama oyununa çıxıb

1 Fevral 2018 14:27

Xəbər 919 dəfə oxunub

Antalya toplanışı çərçivəsində Gəncənin “Kəpəz” futbol klubu sonuncu yoxlama oyununa çıxıb.Azərtac xəbər verir ki, “sarı-göylər” Serbiya Super Liqasında 3-cü pillədə yer alan “Spartak” klubu ilə qarşılaşıblar.Matç komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz” hər hissədə bir qol vurub. İlk yarıda İlkin Sadıqov hesabı açıb. Fasilədən sonra isə Dario Frederiko Gəncə klubunun üstünlüyünü artırıb.Qeyd edək ki, bunadək Antalyada üç hazırlıq oyununa çıxan “Kəpəz” Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə edib (1:1), Koreya Respublikasının “Daejeon Citizen” komandasına isə qalib gəlib (1:0), Polşa təmsilçisi “Yagelloniya”ya isə böyük hesabla məğlub olub (1:8).xeber100.com