“Kəpəz” klubu yeni müqavilə imzalayıb

8 May 2017 11:42

Xəbər 914 dəfə oxunub

Azərbaycan Premyer Liqasının növbəti mövsümü üçün transfer çalışmalarına başlayan “Kəpəz” ilk növbədə diqqəti son çempionatda komandanın heyətində çıxış etmiş futbolçulara yönəldib.Azərtac kluba istinadla xəbər verir ki, Gəncə klubunun 7 futbolçu ilə danışıqları müsbət nəticələnib.Qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyev ilə yeni razılıq əldə edilib. Bu futbolçuların müqaviləsi daha bir il müddətinə artırılıb.xeber100.com