“Kəpəz” klubu yoxlama oyunu keçirib

9 Oktyabr 2017 14:07

Xəbər 807 dəfə oxunub

Futbol üzrə dünya çempionatını seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə müddətində “Kəpəz” klubu yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, Gəncə təmsilçisi “Dalğa Arena”da “Səbail” ilə qarşılaşıb.Oyun 1:1 hesabı ilə nəticələnib. “Sarı-göylər”in qolunu Serqey Çernışev vurub.Qeyd edək ki, matçda hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.xeber100.com