“Kəpəz”–“Qarabağ” oyununda fair-pley nümunəsi qeydə alınıb

6 Noyabr 2017 12:19

Xəbər 888 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz”–“Qarabağ” oyununda fair-pley nümunəsi qeydə alınıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, oyunun 26-cı dəqiqəsində hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Pley və Sosial Məsuliyyət Komitəsinə məlumat veriləcək.xeber100.com